“Borussiya” 10 nəfərlə məğlubiyyətdən qaçdı

“Borussiya” 10 nəfərlə məğlubiyyətdən qaçdı
XƏBƏR 17 Dekabr 2016 / 01:22 3118
-  A +

Almaniya Bundesliqasında 15-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, turun açılış matçında Dortmund “Borussiya”sı səfərdə “Hoffenhaym”ın qonağı olub.

Matçın gedişində 2 dəfə hesabda geri düşən və azlıqda qalan “Borussiya” yekunda meydandan 1 xalla ayrılıb.

“Hoffenhaym” - “Borussiya” (Dortmund) 2:2
Qollar:
Uth, 3 (1:0), Götze, 11 (1:1), Vaqner, 20 (2:1), Aubameyanq, 48 (2:2)
Qırmızı vərəqə: Roys, 41 (“Borussiya”)

Qeyd edək ki, bu heç-heçə sayəsində xallarının sayını 27-yə çatdıran “Hoffenhaym” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 1 xal az toplayan “Borussiya” isə beşinci pillədə qərarlaşıb.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner