“Səmədov üçün 2 milyonluq təklif qeyri-ciddidir”

“Səmədov üçün 2 milyonluq təklif qeyri-ciddidir”
XƏBƏR 17 Dekabr 2016 / 00:58 3929
-  A +

Moskva “Lokomotiv”inin prezidenti İlya Qerkus Aleksandr Səmədovun satışı ilə bağlı “Spartak”dan aldıqları təklifi dəyərləndirib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Gerkus azərbaycanlı futbol üçün təklif olunan 2 milyonu qeyri-ciddi məbləğ hesab edir:

“Səmədov üçün 2 milyonluq təklif qeyri-ciddidir. Onun müqaviləsində konkret məbləğ göstərilib - 5 milyon avro. Oyunçu komandadan getmək qərarına gəlibsə, onu heyətinə qatan tərəf lazım olan məbləği ödəməlidir”.

Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner