Onu futbol statistikası sahəsində hamının üz tutduğu ən dəqiq və etibarlı mənbə kimi tanıyırlar. Özü də təkcə Azərbaycan futbolu yox, həm də dünya və Avropa çempionatları ilə əlaqadar statistika sahəsində…
Abas müəllimi bu işə adi bir təsadüf gətirib. 10 yaşı olanda İçərişəhərdə ondan bir neçə yaş böyük olan qonşu oğlanın dəftərçədə qeydlər apardığını görüb. Maraqlananda qonşu oğlan ona futbol yarışlarının statistikasını apardığını söyləyib.
O gündən o da dəftərçə götürərək bu işə qoşulub: bir-biri ilə üz-üzə gələn komandaların heyətləri, oyunu idarə edən hakimlərin futbolçulara göstərdiyi sarı və qırmızı vərəqələr, qapılara vurulan qollar və digər məlumatları dəqiqliklə öz dəftərçəsinə yazıb. 1946-ci ildən başladığı həmin işi bu gün – ömrünün ixtiyar cağlarında da davam etdirir.
Bəzən təsadüflər zərurətdən, zərurətlər isə təsadüfdən yaranır. Təsadüfdən yaranan maraq hissi onun seçimini, gələcək həyat yolunu da müəyyən edib. O, bir müddət “Dinamo” cəmiyyətində yüngül atletika ilə məşğul olub. Bir neçə il 5 və 10 kilometr məsafələrə qaçışda gücünü sınayıb, yüngül atletika sahəsində birinci dərəcə qazanıb. Qaçış çığırlarında çıxışını başa vurandan sonra hakimliyə başlayıb. Abas Əzimov 30-dan artıq beynəlxalq yarışin hakimi olub. Tale ona 1980-ci ildə Moskva olimpiadasında hakimlik etməyi də qismət edib.
Abas Əzimov səkkizinci sinfi bitirəndən sonra Neft texnikumunu, sonra isə Bakı axşam məktəbini bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan televiziyasında fəhlə kimi başlayıb və eyni zamanda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Onun idman jurnalistikasına gəlişi mərhum Valid Sənaninin adı ilə bağlıdır. Məşhur telejurnalist marağını nəzərə alaraq onu 1967-ci ildə idman proqramları redaksiyasına dəvət edib. Əvvəlcə redaktor kimi fəaliyyətə başlayan Abas müəllim sonralar baş redaktorun müavini vəzifəsinədək irəliləyib. 1997-ci ildən əmək fəaliyyətini AFFA-da davam etdirir. Paytaxtımızın ən böyük idman qurğularından olan T. Bəhramov adına Respublika stadionun açılışı həmin hadisəni izləyənlərdən olan Abas Əzimovun yaddaşında silinməz izlər qoyub...
-Stadionun açılışı əvvəlcə 1951-ci il sentyabrın 6-na planlaşdırılırdı. Lakin respublikanın idman rəhbərləri həmin oyunda “Neftçi”nin Moskva “Lokomotiv”inə qalib gələ biləcəyindən ehtiyat etdiklərinə görə onu sentyabrın 16-na saxladılar, çünki həmin mərasimdə Azərbaycan KP MK-nın birinci katibi M. C. Bağırov da iştirak etməli idi, - deyə Azərbaycanın əməkdar jurnalisti Abas Əzimov xatırlayır. – Stadionun aşılış günü “Neftçi” Vülnüsün “Spartak” komandasını qəbul edərək 4:0 hesabı ilə qalib gəldi. Açılış mərasimini və stadiondakı ilk oyunu izləyənlər arasında olmağım həyatımın ən unudulmaz günlərindən biridir.
Ölkəmizin ən stajlı idman statisti kimi tanınan Abas Əzimov indi AFFA-da fəaliyyət göstərən futbol muzeyinin direktorudur. Çoxillik zəhmətinin bəhrəsi olan “Neftçi -70”, “Azərbaycan milli komandası”, “Futbolumuzun futzal salnaməsi”, “Xatirələrdə yaşayanlar” və “Futbolumuz müstəqillik dövründə” kitabları onun qələmindən çıxıb.
Abas Əzimovu futbol ensiklopediyası və tarixçisi hesab edənlər yanılmırlar. Futbolla əlaqədar hansı sualla ona üz tutsan, dolğun, əhatəli və zəngin faktlara söykənən məlumat ala bilərsən.
Ehtirasların coşub- çağladığı futbol oyunu gözəl bir tamaşa, zaman ötəndən sonra keçmişə çevrilərək tarix və matçın ayrı-ayrı məqamlarını özündə əks etdirən statistikadır. Statistik faktları yığıb toplamaq və ipə-sapa düzmək isə onun kimi futbolsevərin işidir. Abas müəllim məhz belə bir sevgi və fədakarlıqla Azərbaycan futbolunun tarixini yaşadır.
80 yaşının tamam olmasına baxmayaraq…
Süleyman QARADAĞLI
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Fransa Belçikaya, Türkiyə İtaliyaya qarşı
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı