Sonq “Rubin”i “Osmanlıspor”a dəyişir

Sonq “Rubin”i “Osmanlıspor”a dəyişir
XƏBƏR 15 Dekabr 2016 / 01:36 3709
-  A +

“Rubin”in yarımmüdafiəçisi Aleks Sonq karyerasını Türkiyədə davam etdirəcək.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, kamerunlu yarımmüdafiəçi karyerasını “Osmanlıspor”da çıxış edəcək. Sonq “Osmanlıspor” - “Sürix” (2:0) oyununu canlı olaraq stadiondan izləyib.

Transferin reallaşması üçün Türkiyə klubu “Rubin”lə razılığa gəlməlidir.

Qeyd edək ki, Sonq Kazan klubuna ötən yay transfer olunub. “Rubin”in heyətində meydana çıxdığı 9 oyunda o, 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner