Daha bir məşhur futbolçu Çinə gedir

Daha bir məşhur futbolçu Çinə gedir
XƏBƏR 14 Dekabr 2016 / 21:15 4094
-  A +

Daha bir məşhur futbolçu Çin liqasında oynamağa yaxındır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Çelsi"nin yarımmüdafiəçisi Oskar  "Şanxay SİPQ"ə transfer olmaq üzrədir.

Bunun üçün  Çin klubunun "Çelsi"yə 60 milyon avro təklif etdiyi bildirilib.

Məlumatı braziliyalı oyunçunun özü də təsdiqləyib:

"Transfer 90 faiz həll olunub . Sadəcə bir neçə məsələ qalıb".

Qeyd edək ki, "Şanxay SİPQ"i Andre Villaş-Boaş çalışdırır.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner