Ramilə yenə güvənmədilər

Ramilə yenə güvənmədilər
XƏBƏR 14 Dekabr 2016 / 21:27 4183
-  A +

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" Türkiyə kubokunda növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Ərsun Yanalında komandası H qrupunda səfərdə "Konyaspor"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Millimizin futbolçusu sözügedən görüşdə iştirak etməyib. O, 18-likdə də yer almayıb.

Qeyd edək ki, "Trabzonspor" H qrupunda 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner