"Atletiko"da ciddi itki

"Atletiko"da ciddi itki
XƏBƏR 14 Dekabr 2016 / 12:44 2874
-  A +

La Liqanın 15-ci turunda "Vilyareal"la oyunda zədələnən "Atletiko"nun qapıçısı Yan Oblakın son durumu müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, çiynindən zədə alan 23 yaşlı qolkiperin yaxın günlərdə əməliyyat olunacağı bildirilib.

Onun 4 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Y.Oblak 2014-cü ildən "Atletiko"da çıxış edir.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner