“Fiorentina”: yenə 2:1, yenə qələbə

“Fiorentina”:  yenə 2:1, yenə qələbə
XƏBƏR 13 Dekabr 2016 / 00:00 2501
-  A +

İtaliya “A” seriyasında 16-cı turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, ötən həftə “Qarabağ”ın Avropa Liqasının 1/16 finalına gedən yolunu bağlayan “Fiorentina” öz meydanında “Sassuolo”nu qəbul edib.

Matç Florensiya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kaliniçin dubluna (10 və 40) “Sassuolo” yalnız Açerbinin 76-cı dəqiqədə vurduğu qolla cavab verib.

Ardıcıl üçüncü oyununda da 2:1 hesabı ilə qalib gələn “Fiorentina” xallarının sayını 26-ya çatdırmaqla turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Sassuolo” isə 17 xalla 15-cidir.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner