Əliyar Ağayev Avropanın nüfuzlu hakimləri ilə eyni kursda

Əliyar Ağayev Avropanın nüfuzlu hakimləri ilə eyni kursda
XƏBƏR 12 Dekabr 2016 / 18:40 3842
-  A +

2017-ci il yanvarın 30-dan etibarən İspaniyanın Malaqa şəhərində TOP və 1-ci qrupa daxil olan FIFA referiləri üçün UEFA-nın təşkilatçılığı ilə kurs keçiriləcək.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, sayca 25-ci olacaq kursda UEFA-nın dəvətinə əsasən FIFA referisi Əliyar Ağayev də iştirak edəcək.

Martin Atkinson, Mark Klattenburq, Klement Turpin, Deniz Aytekin, Feliks Brıx, Viktor Kassai, Nikola Rizzoli, Canluka Rokki, Paolo Tagliavento, Damir Skomina, Alberto Undiano Mallenco, Yonas Eriksson, Cüneyt Çakır və digər tanınmış hakimlərin də iştirak edəcəyi kursa fevralın 1-də yekun vurulacaq.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner