5 Dekabr Azərbaycanda Könüllülər günü kimi qeyd olundu. Bu günün bir neçə il əvvəl Azərbaycanda təmtəraqla keçirilməsi aktual olmasa da, bu gün on minlərlə gənci özündə birləşdirən yeni cərəyan – könüllülük bunu vacib etdi və istər idman, istərsə də qeyri-idman sahəsində toplanan gənclər məhz bu gündə bir araya gəldilər.
Hazırda gələn il keçiriləcək iki mötəbər tədbirə - Formula 1 Baki QranPrisi və IV Islam Həmrəyliyi Oyunlarına könüllülərin qeydiyyatı gedir. Hər iki tədbir coğrafiyasına görə irimiqyaslı idman tədbiridir və Bakı buna çox ciddi hazırlaşır.
Əslində könüllü olmaq idealogiyası maraqlı, emosional haldır. İnsan özü daxilində bir suala cavab verməlidir: mən bununla nə etmək istəyirəm? Bu, mənim ürəyimcədirmi? Doğrudanmı könlüm bu məsuliyyəti götürməklə məni vətəndaş olaraq rahat edir?
Etiraf edək ki, könüllülərimizin 99 faizi tələbədir. O tələbələr ki, onlar məktəb oturacaqlarından sonra sanki yeni həyata qədəm basıblar, yeni müəllimlər, təhsil proqramı, imtahanlar…və bunlarla yanaşı beynəlxalq tədbirlərdə iştirak şansı.
Hər bir tələbə onun bu tədbirlərdəki mənfəətini gözəl anlayır. Onları sıralayaq:
Birincisi; kütlə qarşısında iş təcrübəsi, məsuliyyət hissinin kəşfi
İkincisi; yeni əlaqələr,dostluqlar,sağlam mühitdə davranış qaydaları
Üçüncüsü; xarici dilin oyrənilməsi və istifadəsi üçün rahat məkan
Dördüncüsü; ölkə üçün əhəmiyyət daşıyan tədbirdə vacib qüvvə tərkibində olmaq
Beşincisi; təşkilatçılıq qabiliyyətinin aşkar olunması və ya digər sahələrlə tanışlıq.
Altıncısı; asüdə vaxtın səmərəli istifadəsi, fəxarət hissinin yaranması.
Bu gün gənclər daha çevik, maraqlı, müasir, savadlı, işguzar olmaq istəyirlər. Bunun uçün daim axtarışdadırlar. Onlar hər bir tədbirdə “Vətən”, “Qarabağ”, “’əsgərimiz”, “Bakı”, “Mədəniyyətimiz”,” Ədəbiyyatımız” kimi mövzuların müzakirəsini aparmaqdan çəkinmirlər və bunu elə bir qürurla edirlər ki, burda könüllülük qabarıq şəkildə bəhrəsini verir. Könüllülük təcrübəsi olan gənc açıq fikir söyləməkdən çəkinmir, öz fikrini sərbəst ifadə edir və ünsiyyət yaratmağın metodikasını bilir. Çox sayda insanlar arasında özünü necə aparmalı, təhlükəsizlik qaydalarına necə riayət etməli, ölkəyə gələn qonaqlara hansı qayğını gostərməli olduğunu çox aydın həyata keçirir və bu məsələlərdə komanda şəklində işləməyin əhəmiyyətini anlayır.
Bu adi məsələ deyil və heç bir ali məktəb auditoriyasında oyrədilmir. Bu məhz məkanlarda yaranır. Biz mədəniyyətimizin bir hissəsi kimi gənclərin valideynlərlə bağlılıq məsələsini də qeyd etməliyik. Könüllülük prosesində valideynlərin razılığı, bəzi hallarda iştirakı, dəstəyi çox önəmlidir. Gənc mütləq evdə bu məsələni danışır və valideynlərin fikrini öyrənir. Hər bir valideyn öz övladını savadlı, işgüzar, çox dünyagörüşlü görmək istəyir. Məhz bu yolun könüllülükdən daha asan keçdiyini də gözəl anlayır. Avropa Oyunları zamanı bir qrup məktəbli könüllünün valideynləri mənə müraciət edərək dedi: “Biz uşaglarımıza sizin yaşınız çatmır, könüllü ola bilməzsiniz- soyləyə bilmirik”. Bu, bizi çətin vəziyyətə salırdı. Bir tərəfdən sevinirdik ki, məhz belə vətənpərvər gənclik gəlir, digər tərəfdən az yaşlıların kütləvi tədbirlərə cəlb olunması risk yaradır. Buna baxmayaraq, biz onlar üçün də müəyyən vəzifələr qoyduq və məktəbli könüllülər bunun öhdəsindən şərəflə gəldilər.
Elə könüllülər haqqında danışmamaq olmaz. Onların əməyi qiymətsizdir. Ölkəmizdən xaricdə əlil könüllülərin cəlb olunması tarixi olsa da, biz birinci dəfə onların öz arzusu ilə arzu etdikləri sahələrdə müəyyən işlərə cəlb etdik və onları digərlərindən fərqləndirmədik. Onların üzündəki sevinci, fərəhi ifadə etmək çətindir.
Men bir daha bütün könüllülərimizi təbrik edir, onlara gündəlik həyatlarının maraqlı keçməsi üçün imkan və səbəb arzu edirəm və deyirəm: Sizsiz biz heç nə edə bilməzdik.
Elçin SƏFƏROV
İslam Həmrəylik Oyunlarının əməliyyat komitəsinin direktoru
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı