Mourinyodan növbəti maraqlı addım

Mourinyodan növbəti maraqlı addım
XƏBƏR 12 Dekabr 2016 / 14:48 5311
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo növbəti dəfə maraqlı qərarı ilə diqqət çəkib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis digər ingilis klublarından fərqli olaraq dekabrın 25-də komandasının məşqə çıxacağını açıqlayıb.

Dekabrın 25-də bütün xristianlar Milad bayramını qeyd edir və həmin gün Britaniyada qeyri-iş günü sayılır. Futbolçular Milad bayramında ailələrinin yanında olur.

Mourinyonun bu qərarı futbolçuların narazılığına səbəb olub.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner