Ronaldo yeni sevgilisi ilə ilk dəfə “Real”ın oyununda – Şəkillər

Ronaldo yeni sevgilisi ilə ilk dəfə “Real”ın oyununda – Şəkillər
XƏBƏR 11 Dekabr 2016 / 15:29 24794
-  A +

“Real”ın hücumçusu Kriştiano Ronaldo komandasının dünən “Deportivo”ya qarşı keçirilən oyununu (3:2) yeni sevgilisi, model Jorjina Rodrigeslə birgə stadiondan izləyib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, yeni cütlük ilk dəfə olaraq geniş ictimaiyyət arasına çıxıb. Onlarla bərabər VİP lojada Ronaldonun anası və oğlu da olub.

Qeyd edək ki, baş məşqçi Zinəddin Zidan bu matçda Ronaldoya istirahət verib.





Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner