"Şapekoense"də yeni baş məşqçi

"Şapekoense"də yeni baş məşqçi
XƏBƏR 11 Dekabr 2016 / 01:03 3653
-  A +

Futbolçu və məşqçi heyətini təyyarə qəzasında itirən Braziliyanın "Şapekoense" klubu fəaliyyətini bərpa edir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Santa Katarina təmsilçisi artıq yeni baş məşqçi ilə anlaşıb. Sözügedən komanda 50 yaşlı mütəxəssis Vaqner Mançiniyə tapşırılıb.

Qeyd edək ki, "Şapekoense"nin üzvlərini daşıyan təyyarə Kolumbiyanın Medelin şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində hava gəmisində olan 81 nəfərdən 77-si dünyasını dəyişib.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner