“Qəbələ”nin futbolçusu hava limanında saxlanılıb

“Qəbələ”nin futbolçusu hava limanında saxlanılıb
XƏBƏR 10 Dekabr 2016 / 13:43 4326
-  A +

Avropa Liqasının qrup mərhələsinin son oyununda “Maynts”la qarşılaşan “Qəbələ” Almaniyaya səfər zamanı problemlə üzləşib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Frankurt hava limanında pasport qeydiyyatından keçən zaman məlum olub ki, "Qəbələ"nin futbolçusu Teo Uiksin Portuqaliyada aldığı Avropada yaşamaq üçün viza müddəti dekabrın 4-də başa çatıb.

Buna görə futbolçu saxlanılıb. Lakin daha sonra ona 60 avro müqabilində müvəqqəti viza verilib və komanda tam heyətlə Mayntsa yollanıb.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner