Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində gerilədi
XƏBƏR 9 Dekabr 2016 / 11:29 3392
-  A +

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının qrup mərhələsinin  son turunun oyunlarından  sonra siyahıda müəyyən  dəyişikliklər olub.

Azərbaycan 17.750 xalla 1 pillə geriləyərək 26-cı pillədə yer alıb.

“Qarabağ”ın evdə “Fiorentina”ya 1:2, “Qəbələ”nin səfərdə “Maynts”a 0:2 hesabı ilə uduzması nəticəsində xal hesabımız dəyişməyib.


Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 98.284 xal. Almaniya (76.498) ikinci, İngiltərə (72,391) üçüncü pillədə yer alıb.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner