Rasim Ramaldanov Gürcüstan klubundan ayrıldı

Rasim Ramaldanov Gürcüstan klubundan ayrıldı
XƏBƏR 8 Dekabr 2016 / 16:46 4425
-  A +

Gürcüstanın "Kolxeti" klubunda çıxış edən azərbaycanlı futbolçu Rasim Ramaldanov komandasından ayrılıb.

Bunu Qol.az-a açıqlamasında 30 yaşlı müdafiəçi özü deyib.

O qeyd edib ki, Poti təmsilçisi ilə müqaviləsi başa çatdığından vətənə qayıdıb. "Kolxeti"nin ona yeni müqavilə təklif etdiyini bildirən Ramaldanov Gürcüstan klubuna qayıtmaq ehtimalının olduğunu da vurğulayıb.

Qeyd edək ki, millimizin sabiq üzvü mövsümün əvvəlindən "Kolxeti"də çıxış edirdi.

Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner