"Emil Balayevdən şikayət etməyəcəm" - ölən körpənin atası

"Emil Balayevdən şikayət etməyəcəm" -  ölən körpənin atası
XƏBƏR 8 Dekabr 2016 / 14:12 7686
-  A +

“Qarabağ”ın qapıçısı Emil Balayevin törətdiyi qəzada ölən 6 aylıq körpənin atası danışıb.

Qol.az-ın Report-a istinadən yaydığı xəbərə görə, qəza zamanı xəsarət alan Əbdulbağır Bağırovun ayağı sınıb. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATU TCK) Travmatologiya və ortopediya şöbəsinə yerləşdirilib. Ə.Bağırovun həyat yoldaşı Günel Bağırova isə xəstəxanadan evə buraxılıb.

Ə.Bağırov qəzanın necə baş verməsinin yadında olmadığını deyib: “Şokdaydım. Yaxşı ki, digər iki azyaşlı uşağım maşında olmayıb. Ölən 6 aylıq Xalid Bağırov isə sonuncu övladım idi. Qəzanı törədən sürücüdən şikayət etmədim, etməyəcəm də. Çünki hamının başına gələ biləcək işdir”.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner