Elxan Məmmədov Prosineçkini yox, Qurbanovu seçdi

Elxan Məmmədov Prosineçkini yox, Qurbanovu seçdi
XƏBƏR 8 Dekabr 2016 / 12:54 3933
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədov millimizin baş məşqçisi Robert Prosineçki ilə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovu müqayisə edib.

Qol.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, R.Prosineçki hazırda yol gedirsə, Q.Qurbanov bu yolun sonundadır.

E.Məmmədov 2016-cı ilin ən yaxşı baş məşqçisi adına Qurban Qurbanovu daha çox layiq bilib.

AFFA rəsmisi millimiz və Avroliqada çıxış edən klublarımız haqda da danışıb:

"Bu gün sevindirici haldır ki, komandalarımız müsbət mənada sabit nəticələr göstərir. Artıq "Qarabağ" və "Qəbələ" qrup mərhələsində çıxış edir, əsas millimiz seçmə mərhələdə yaxşı nəticə göstərir, futzal millimiz ilk dəfə qatıldığı dünya çempionatında 1/4 finaladək irəliləyib. Ən böyük arzumdur ki, "Qarabağ" Avropa Liqasının 1/16 final mərhələsinə yüksəlsin".


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner