"Maksim və Miçelin yoxluğu problem yarada bilər"

"Maksim və Miçelin yoxluğu problem yarada bilər"
XƏBƏR 7 Dekabr 2016 / 18:02 4001
-  A +

“Psixoloji amil oyuna təsir edə bilər. Bunun hamısı məsuliyyətdən irəli gəlir. İstəyirik azarkeşləri üzməyək. Onlara qələbə bəxş etməyə çalışacağıq. Həmişə məğlub olmaqdan yox, azarkeşləri üzməkdən qorxmuşuq".

Qol.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Fiorentina” ilə oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

O, ötən il Avropa Liqasının qrup mərhələsinin son turunda İtaliya “İnter”i ilə oyunda “Qarabağ”a qarşı edilən hakim səhvini unutduqlarını bildirib: “Həmi vaxt “İnter” növbəti mərhələyə vəsiqə qazanmışdı.  Ancaq “Fiorentina” tam məsuliyyətlə gəlib və qrupu lider kimi tamamlamağı hədəfləyib. Artıq “İnter”lə görüşü unutmuşuq".

Q.Qurbanov rəqib haqda da danışıb: “Düzdür, son vaxtlar elə də uğurlu nəricələr qazanmırlar. Ancaq son oyunda qalib gəliblər. Yeni baş məşqçi komandada öz sistemini yaradıb. “İnter”lə oyunda azlıqda qalarkən qol vurmaları onların gücündən xəbər verir. Son vaxtlar daha yaxşı oynayırlar.  Rəqibin potensiallı futbolçular var. Bizdə isə Maksim və Miçelin yoxluğu problem yarada bilər”.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner