“Spartak” Səmədova görə 5 milyon avro ödəmək istəmir

“Spartak” Səmədova görə 5 milyon avro ödəmək istəmir
XƏBƏR 7 Dekabr 2016 / 01:27 2567
-  A +

“Lokomotiv”in yarımmüdafiəçisi Aleksandr Səmədovun “Spartak”a transferi qeyri-müəyyən müddətə təxirə salınıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, azərbaycanlı futbolçunun keçidini pul məsələsi yubadır.

Belə ki, Səmədovun “Lokomotiv”lə müqaviləsindəki bəndə əsasən, o komandanı vaxtından əvvəl tərk edəcəyi halda 5 milyon avro ödənilməlidir.

“Spartak” isə bu məbləği ödəmək istəmir. Klub rəhbərliyi Səmədov üçün qarşı tərəfə maksimum 2 milyon avro ödəmək fikrindədir.

Qeyd edək ki, keçidin rəsmiləşməsi 2 klub arasında aparılan danışıqların yekunundan asılıdır.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner