Ramil Şeydayev superliqada debüt etdi

Ramil Şeydayev superliqada debüt etdi
XƏBƏR 5 Dekabr 2016 / 23:10 6110
-  A +

Milli komandamızın və “Trabzonspor”un üzvü Ramil Şeydayev Türkiyə superliqasında debüt edib.

Qol.az-ın məlumatına görə, gənc hücumçu superliqanın 13-cü turunda “Kayserispor”la səfər oyununun 80-cı dəqiqəsində meydana çıxıb.

Şeydayev 90+3-cü dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.

Görüş “Trabzonspor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Şeydayev bunadək "Trabzonspor"un heyətində 2 kubok matçında oynayıb və 1 qol vurub. 




Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner