Dəniz Yılmaz dubl etdi

Dəniz Yılmaz dubl etdi
XƏBƏR 5 Dekabr 2016 / 22:55 4063
-  A +

Türkiyə superliqasında 13-cü turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” öz meydanında “Rizespor”u qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bursa təmsilçisinin hər iki qolunu Dəniz Yılmaz vurub. Millimizin hücumçusu 63 və 68-ci dəqiqələrdə fərqlənib.

D.Yılmaz cari mövsüm superliqada qol vura bilməmişdi.

Qeyd edək ki, "Bursaspor" 24 xalla 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner