Qəzaya uğrayan komanda qalib elan olundu

Qəzaya uğrayan komanda qalib elan olundu
XƏBƏR 5 Dekabr 2016 / 22:06 3874
-  A +

2016-cı il üçün Cənubi Amerika kuboku (Sudamericana) bugünlərdə təyyarə qəzasında həlak olan Braziliyanın “Şapekoense” komandasının üzvlərinin xatirəsinə ehtiram əlaməti olaraq adıçəkilən kluba veriləcək.

Qol.az-ın məlumatına görə,  Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) bu barədə qərar qəbul edib.

Kubokun finalında “Şapekoense”nin rəqibi olan Kolumbiyanın “Atletiko Medelin” klubu bununla bağlı CONMEBOL-ə müraciət edib. Qurumun prezidenti Alejandro Dominqes təklifə müsbət yanaşıb və “Şapekoense” turnirin qalibi elan olunub. Bundan başqa, kluba 1 milyon dollar mükafat veriləcək.

Bu, “Şapekoense”nin tarixinəd ilk Sudamericana kubokudur.

Xatırladaq ki, “Şapekoense” “Atletiko Medelin”lə finalın ilk oyunu üçün Kolumbiyaya gedərkən qəzaya uğrayıb.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner