"İlin qalibləri-2016" layihəsinin icrasına başlanıldı

"İlin qalibləri-2016" layihəsinin icrasına başlanıldı
XƏBƏR 5 Dekabr 2016 / 18:45 1633
-  A +

İdman Araşdırmalar Mərkəzi (İAM) ardıcıl 4-cü dəfə "İlin qalibləri" layihəsinin icrasına başlayıb.

Qol.az-ın məlumatına görə, ilkin mərhələdə 8 nominasiya üzrə namizədlər müəyyənləşəcək.
 


1. İlin idman xadimi;

2. İlin yerli futbolçusu;

3. İlin yerli idmançısı (digər növlər üzrə);

4. İlin əcnəbi idmançısı (bütün növlər üzrə);

5. İlin komandası (futbol və digər növlər üzrə);

6. İlin baş məşqçisi (futbol və digər növlər üzrə);

7. İlin mətbuat katibi (futbol və digər növlər üzrə);

8. İlin idman jurnalisti.
 
Futbol nominasiyaları üzrə namizədlər dekabrın 9-da, digər növlər üzrə isə dekabrın 13-də açıqlanacaq. Bu da futbol üzrə Avropa Liqasının qrup mərhələsində son turun dekabrın 8-də, taekvondo üzrə komandalararası Dünya Kubokunun isə 12-13 dekabrda keçiriləcəyi ilə əlaqədardır. Qaliblərlə yanaşı, İAM-ın xüsusi mükafatlarının sahibləri dekabrın sonlarında təşkil olunacaq təntənəli mərasimdə mükafatlandırılacaqlar.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner