“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov klubun fəaliyyətini dayandırmasının səbəbləri haqda açıqlama verib.
Qol.az-ın “Qafqazinfo”ya istinadən yaydığı xəbərə görə, o, klubun bu vəziyyətə düşməsində “Palmali” Şirkətlər Qrupunun rəhbərliyində təmsil olunmuş Alaatdin Aykaçı ittiham edib.
“2011-ci ildən başlayaraq “ Xəzər Lənkəran”ın idarə olunmasına müdaxilələr olunub. “Yeni inkişaf planı” hazırlayan Alaatdin Aykaç klubun büdcəsinə ciddi ziyanlar vurub. Son illərdə kifayət qədər böyük vəsait onun tərəfindən mənimsənilib. Təəssüf ki, bu məsələ də ona ölkəmizdən dəstək verən, himayə edən şəxslər olub. Klubun maliyyələşməsinə nəzarət edən Alaatdin Aykaç klubun fəxri prezidentinin inamından sui istifadə edərək aldatmaq yolu ilə klub büdcəsini talamaqla yanaşı onun inkişafına böyük ölçüdə mane olub. Təsadüfi deyil ki, uğurlu nəticələr qazanan mütəxəssislərin zamanında vəsait axının dayandırılması, öz istədiyi çalışdırcıları kluba yerləşdirdikdən sonra isə külli miqdarda vəsait xərclənməsi kimi faktlar var. Bura yersiz baş məşqçi dəyişikləri ilə yanaşı infrastrukturda görülən yarıtmaz təmir və yenidən qurma işləri də daxildir” – deyə T.Nadirov bildirib.
“Bu o demək deyil ki, yerli rəhbərlik bütün günahları üzərindən atır” sualına T.Nadirov belə cavab verib:
“İş olan yerdə qüsurlar həmişə olur və olacaq. “Xəzər Lənkəran” rəhbərliyi olaraq gördüyümüz müsbət işlər, klub infrastrukturunun qurulması, 2011-ci ilə qədər qazanılan nailiyyətlərlə yanaşı buraxdığımız səhvləri də qəbul edirik. Ancaq ədalətli olsaq, məhz 2011-ci ilə qədər qazanılan nailiyyətlər, görülən işlər səhvlərimizi sığortalayır”.
“Hamını maraqlandıran sual- “ Xəzər Lənkəran” nə vaxt geri dönəcək?”. Bu suala T.Nadirovun cavabı belə olub:
“Hazırda aşağı qruplarımız fəaliyyətini davam etdirir. Deyərdim ki, həmişə oldugu kimi cari mövsümdə də aşağı yaş qrupları uğurla çıxış edirlər. Son olaraq U-17 komandamızın qapıçısı da milli yığma komandanın toplanışına dəvət alıb. Klubun geniş avtobus parkından tutmuş, bazası, stadionuna qədər hər şey yerindədir. Yaxında aldığım məlumata görə geyim təhcizatına görə yaxşı mənada fərqlənən klub məhz “ Xəzər Lənkəran”dır. Bəzi araşdırmalar bitəndən sonra “ Xəzər Lənkəran” əlbəttə dönəcək. Bir neçə gün öncə klubun bazasında olan klub preidenti Mais Mənsimov carı təmir işlərinin bərpası üçün tapşırıqlar verib. Biz Azərbaycan futbolundan bir dəfəlik getməmişik. “ Xəzər Lənkəran” geri dönməsi üçün münbit şərait, şəffaflıq yaranan kimi klubumuz dönəcək və buna kimsənin şübhəsi olmasın!”
Qeyd edək ki, bu müsahibədə T.Nadirov A.Aykaçı “Palmali” Şirkətlər Qrupunun pulunu mənimsəməkdə də ittiham edib.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?