AZAL Azərbaycan kubokunda iki yubiley qeyd edib.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bunlar 1/8 finalın “Rəvan”la matçında rəsmiləşib. Paytaxt derbisində 4:0 hesablı qələbə qazanan “təyyarəçilər” öz meydanında 10-cu dəfə qalib gəlib. Bu, 21-ci matçda baş verib.
Bunadək evdə 9 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə uduzan komanda “Rəvan”la görüşdə yubiley qolunu da vurub. 1/8 finaladək 26 qol vurub, 16-nı buraxan AZAL-ın bu matçda rəqib qapısından keçirdiyi son top 30-cu olub. Yubiley qoluna David Canelidze imza atıb.
AZAL ölkə kubokunda evdə 10 və daha çox qələbə qazanan 16-cı komanda olub.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri