“Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin müsahibəsi
- Ölkə kubokununun 1/8 finalında “Səbail” üzərində 5:0 hesablı qələbə qazandınız. Oyunun bu qədər asan alınacağını gözləyirdiniz?
- Asan oyun olmur. Digərləri kimi, bu oyuna da ciddi hazırlaşmışdıq. İstəyirdik qələbə qazanaq, mərhələni adlayaq. Buna da nail olduq. Lakin qələbəni rahatlıqla qazanmadıq.
- Oyuna ciddi hazırlaşdığınızı desən də, komanda yoldaşların qol vuranda sevinmirdilər. Bu, oyunun məşq xarakterli olduğunu göstərmir?
- Yox, oyun məşq xarakterli deyildi. Qol vuranda yığışırdıq, biryerdə sevinirdik.
- 1/4 finalda rəqibiniz “Sumqayıt”dır. Yarımfinal öncəsi şansları necə dəyərləndirərdin?
- İndi bu oyun barədə düşünmürük. Qardaşı bizi “Fioentina” ilə vacib oyun gözləyir. Yalnız həmin matçdan sonra “Sumqayıt”la görüş barədə düşünmək olar.
- “Fiorentina” ilə oyundan öncə asan qələbə qazanmaq vacib matçda çıxışınıza nə dərəcədə təsir göstərəcək?
- Belə qələbə qazanmağımız yaxşı idi. Məşqçi bəzi oyunçuları yoxladı. Məhsuldar çıxışımız da müsbət məqamdır.
- Son zamanlar “Qarabağ”ın futbolçularının mətbuatla ünsiyyətinə qadağa qoyulduğu deyilir. Bu, nədən irəli gəlir?
- Bunu baş məşqçidən soruşsaz, daha yaxşı olar.
- Hər halda, futbolçu kimi sənin də fikirlərin maraqlıdır. Mətbuata danışmaq futbolçunun oyununa necə təsir göstərə bilər ki?
- Məncə elə də təsir eləmir. Görünür, baş məşqçimiz bunu ona görə edir ki, futbolçuların fikir ancaq oyunda olsun.
- “Fiorentina” ilə həlledici oyuna artıq az qalıb. “Qarabağ” lazımi nəticəni qazana biləcək?
- Çox çətin oyun olacaq. Aydın məsələdir ki, “Fiorentina” çox güclüdür. Amma futbolda mümkün olmayan şey yoxdur. “Fiorentina”nı məğlub etmək üçün əlimizdən gələni edəcəyik.
- Razısan ki, “Qarabağ”a “Fiorentina”nın son tura qədər 1/16 finala vəsiqəni təmin etməsi sərf edərdi? Bu halda Florensiya klubu Bakıya ikinci heyətlə də gələ bilərdi...
- Bəlkə də bu halda oyun fərqli olardı. Ancaq rəqibin meydana hansı heyətlə çıxmasından asılı olmayaraq, biz öz oyunumuzu oynamalıyıq.
- Üzərinizdə təzyiq çoxdur?
- Təzyiq onsuz da var. Anlayırıq ki, tarix yaza bilərik. Bu, ən vacib oyunlarımızdan biridir. Amma sakit olmalıyıq. Görüşə yaxşı hazırlaşmalı və təzyiqlə üzləşməməliyik.
- Sabiq komanda yoldaşın Şəhriyar Xəlilovun ölümü sənə necə təsir etdi?
- Çox pis. Allah rəhmət eləsin. O, hər birimizin dostu idi. Çox heyf ki aramızdan belə tez getdi.
Mənbə: Futbolxeber.az
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?