Azərbaycan kubokunda 1/4 finalın iki cütlüyü məlum oldu

Azərbaycan kubokunda 1/4 finalın iki cütlüyü məlum oldu
XƏBƏR 3 Dekabr 2016 / 15:11 3253
-  A +

Azərbaycan kubokunda 1/4 finalın iki cütlüyü məlum olub.

Qol.az-ın məlumatına görə, bu mərhələdə “Zirə” “Neftçi” ilə, "Kəpəz" isə "İnter"lə qarşılaşacaq.

“Zirə” 1/8 finalda “Turan Tovuz”u, “Neftçi” “Şərurspor”u, "Kəpəz" "Şahdağ"ı, "İnter" isə "Qaradağ Lökbatan"ı  mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 11-13 dekabr, cavab görüşləri isə 20-21 dekabr tarixlərində keçiriləcək.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner