“Qəbələ”nin rəqibi kubokla vidalaşdı

“Qəbələ”nin rəqibi kubokla vidalaşdı
XƏBƏR 2 Dekabr 2016 / 02:06 1821
-  A +

Belçika kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Qol.az-ın məlumatına görə, Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda yer alan “Anderlext” səfərdə “Şarlerua”nın qonağı olub.

Matçın gedişində öndə olan “Anderlext” 90+3-cü dəqiqədə qələbəni əldən verib - 2:2.

Əlavə vaxtda qapılara qol vurulmadığından qalib penaltilər seriyasında aşkarlanıb. Burada daha dəqiq oynayan “Şarlerua” 5:3 hesablı qələbə qazanmaqla “Anderlext”i mübarizədən kənarlaşdırıb.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner