Ronaldinyo “Şapekoense”da oynamaq istəyir

Ronaldinyo “Şapekoense”da oynamaq istəyir
XƏBƏR 2 Dekabr 2016 / 00:52 4252
-  A +

Ronaldinyo futbolçularının çoxu təyyarə qəzasında dünyasını dəyişmiş “Şapekoense” klubunda oynamaq istəyir.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, bu barədə braziliyalı ulduzun qardaşı və meneceri Roberto Assis açıqlama verib:

“Baş verənlər çox üzücüdür. Biz hər kəsə bacardığımız qədər kömək edəcəyik. Ronaldinyo “Şapekoense”də oynamaq istəyir. Lakin bunun baş verib-verməyəcəyini əminliklə söyləyə bilmərəm. Biz burdayıq və dəstək olmaq istəyirik”.

Xatırladaq ki, təyyarə qəzası nəticəsində Braziliya klubunun əksər futbolçuları həyatlarını itiriblər.

Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner