“Messinin “İnter”ə transferini xəyal etmək xoşdur”

“Messinin “İnter”ə transferini xəyal etmək xoşdur”
XƏBƏR 2 Dekabr 2016 / 00:35 4083
-  A +

“İnter”in baş məşqçisi Stefano Pioli komandasının “Barselona”nın hücumçusu Lionel Messini transfer edəcəyi haqda yayılan xəbərləri şərh edib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Pioli bu keçid barədə xəyal etməyin xoş olduğunu söyləyib:

“Erik Tohir və “Suning Group”un rəhbəri Çjan Tsindun daim kluba dəstək verirlər. Onların ambisiyaları yüksəkdir. Məqsədləri “İnter”ə əvvəlki gücünü qaytarmaqdır.

Messinin transferi? Xəyal etmək xoşdur. Lakin indi bu barədə düşünmək üçün vaxtımız yoxdur. Real durum haqda fikirləşməliyik”.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner