“Genk”in yarımmüdafiəçisi “Lester”də

“Genk”in yarımmüdafiəçisi “Lester”də
XƏBƏR 2 Dekabr 2016 / 00:22 2147
-  A +

“Genk”in yarımmüdafiəçisi Oninye Ndidi “Lester”ə transfer olunacaq.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, 2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb. 19 yaşlı futbolçunun keçidi üçün “Lester” 17,7 milyon avro ödəyəcək. Ndidi yeni klubunun düşərgəsinə yanvarda, transfer pəncərəsi açıldıqdan sonra qoşulacaq.

Qeyd edək ki, nigeriyalı “Genk”də 2015-ci ildən çıxış edir. Dayaq yarımmüdafiəçisi bu mövsüm Belçika çempionatında 16 oyunda forma geyib.

 

 

 

 

 


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner