Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin zədəsindən danışıb.
Qol.az-ın məlumatına görə, “Qafqazinfo”ya açıqlama verən təcrübəli qolkiper ciddi problem olduğunu desə də, tezliklə meydana qayıtmaq istədiyini bildirib: “Məşqdə zədələndim. Özü də sağlam olan sağ ayağımdan xəsarət aldım. Bu qismətdir. Həmişə gəlib pik nöqtəyə çatanda zədə alıram. “Qəbələ”də, “İnter”də, “Kayserispor”da da belə oldu. Dəfələrlə əməliyyat olundum. Bu zədələrin əlindən bezmişəm. Ümid edirəm ki, tezliklə sağalacam. Düzdür, ayağımın durumu pis gündədir. Hazırda ayağımın dərisi qapqaradır. Həkimlər minumum 2 ay desə də, mən özümə güvənirəm. İnanıram ki, tez qayıdacam. Çünki futbol oynamaq istəyirəm. Mən burda xalqımı təmsil edirəm və onları ancaq sevindirəcəm. İstəmirəm ki, azarkeşlər mənə görə üzülsünlər”.
Zədələnməyinə əsəbiləşən millimizin qapıçısı ya 10 günə meydana dönəcəyini, ya da karyerasını bitirəcəyini sözlərinə əlavə edib: “Futbolda belə bir şey var ki, futbolçunun ilk həkimi özüdür. Mən ya 10 günə meydana qayıdacam, ya da karyeramı bitirəcəm. Xəstəxanada yatmaqdan bezmişəm. Nə qədər olar zədələr? Artıq həkimlər də məni tanıyırlar. Görəndə deyirlər ki, sən yenə gəlmisən? Futbolu buraxmaq istəmirəm. Daim komandamın yanında olmalıyam. Beş gün sonra MRT olacam. Ondan sonra 5 gün müalicə və test...
Dəqiq cavablar bilinəcək. Amma mən 10 gün sonra çıxıb oynayacam. Düzdür, qayıdıb zədələnsəm, daha ciddi problem olacaq. Lakin özümü qoruyacam. Məni sevənlərə də deyirəm ki, tezliklə meydanda gözləsinlər”.
Yuxarı
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir
Natan Saliba "Sabah"la oyunu buraxacaq
“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video
FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi
Qarabağa səfər, tarixi şəhərdə futbol günü - Video
1-ci liqada həftənin hakimləri məlum oldu
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması
Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi
Dünya çempionatında 15:0 hesabı
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Bu qış transferlər üçün çox pul xərcləməyəcəklər
Osimhen "Aston Villa"ya qarşı oynayacaq?
Cerrard Poçettinonu tənqid etdi
“Çelsi”də uğursuz nəticələr – Alonso göndəriləcəkmi?
“Maaşları 50 faiz azaldılsın!”
Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”
İlin ən yaxşı gənc oyunçusu oldu
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz