Zidanın oğlu debüt oyununda qol vurdu

Zidanın oğlu debüt oyununda qol vurdu
XƏBƏR 1 Dekabr 2016 / 00:50 5698
-  A +

İspaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, “Real” öz meydanında “Leonesa” ilə qarşılaşıb.

Görüş Madrid klubunun 6:1 hesablı qələbəsi ilə başa çatıb. Oyun baş məşqçi Zinəddin Zidanın oğlu Enzo Zidan üçün əlamətdar olub. Belə ki, 46-cı dəqiqədə meydana daxil olan 21 yaşlı yarımmüdafiəçi ilk rəsmi oyununda qol vurmağı bacarıb. O, matçın 63-cü dəqiqəsində fərqlənib.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner