"El Klassiko"nu buraxacaq

"El Klassiko"nu buraxacaq
XƏBƏR 30 Noyabr 2016 / 17:49 3583
-  A +

"Barselona"nın zədəli futbolçusu Jeremi Matyenin "Real"la oyunu buraxacağı dəqiqləşib.

Qol.az-ın məlumatına görə, bu barədə klubun saytı xəbər yayıb.

Fransalı müdafiəçinin 2-3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

"Barsa"dan Andres İnyesta, Samuel Umtiti, Jordi Albanın da zədə səbəbindən bu vacib görüşdə iştirak etməyəcəyi bəlli idi.

Qeyd edək ki, dekabrın 3-də keçiriləcək “Barselona” – “Real” oyunu Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner