Futzal millimiz dünya reytinqində neçəncidir?

Futzal millimiz dünya reytinqində neçəncidir?
XƏBƏR 30 Noyabr 2016 / 17:21 3319
-  A +

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın xəbərinə görə,  Azərbaycan millisi 10-cu pillədəki yerini qoruyub. Yığmamızın hesabında 1435 xalı var.

AÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Macarıstan 30-cu, Bosniya və Herseqovina isə 38-cidir.

Qeyd edək ki, siyahıya Braziliya (1916) liderlik edir. İspaniya (1891) 2-ci, Rusiya (1758) 3-cüdür.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner