Pasportunu unutdu, sağ qaldı

Pasportunu unutdu, sağ qaldı
XƏBƏR 30 Noyabr 2016 / 13:19 5008
-  A +

Braziliyanın "Şapekoense" klubunun baş məşqçisi  Kaio Cuniorun oğlu Matheus Saroli bəxt sayəsində həyatda qalıb.

Qol.az-ın goal.com-a istinadəb yaydığı xəbərə görə, dünən Kolumbiyada qəzaya uğrayan təyyarədə M.Saroli də olmalı idi. Ancaq, o, xarici pasportunu unutduğu üçün komanda ilə səfərə getməyib.

M.Saroli məlumatı təsdiqləyib.

Qeyd edək ki, dünən "Şapekoense"nin üzvlərini daşıyan təyyarə Medellin hava limanına enərkən qəzaya uğrayıb. Komanda Sudamerikana kubokunun finalının ilk oyununda "Atletiko Nasional"la oynamaq üçün bu şəhərə gedirmiş. Qəza nəticəsində təyyarədə olan 82 nəfərdən 76-ı ölüb. Ölənlər arasında komandanın baş məşqçisi də var.


Dünya Çempionatı 2026
Son xəbərlər
28.06.26  17:13

Kyeza göndərilir

topaz banner