"Qarabağ"da ciddi itkilər

"Qarabağ"da ciddi itkilər
XƏBƏR 30 Noyabr 2016 / 11:21 4765
-  A +

Topaz Premyer Liqanın 14-cü turunda "İnter"lə qarşılaşacaq "Qarabağ"  oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az-ın məlumatına görə, komandanın aparıcı üzvləri Maksim Medvedyev və Riçard Almeyda "bankirlər"lə oyunu buraxacaq.

Hər iki futbolçu "Qəbələ" ilə görüşdə cəzalı duruma düşüb. Almeyda qırmızı vərəqə  ilə meydandan qovulub. Maksim isə sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı dekabrın 17-də keçiriləcək.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner