Bombardir “Qarabağ”a qarşı oynaya bilər

Bombardir “Qarabağ”a qarşı oynaya bilər
XƏBƏR 29 Noyabr 2016 / 15:04 3552
-  A +

“Qəbələ”nin “Anderlext”lə oyunda zədələnən futbolçusu Baqali Dabo sıraya dönüb.

Klubdan Qol.az-a verilən məlumata görə, fransalı hücumçu “Qarabağ”la bugünkü oyunda iştirak edə bilər.

O, komandanın dünənki məşqində iştirak edib.

Baş məşqçi Roman Qriqorçuk şans versə, Premyer Liqanın bombardiri bugünkü oyunda meydana çıxa bilər.

Qeyd edək ki, “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu saat 19:00-da başlayacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner