“Qarabağ”la oyunu buraxacaqlar – 4 futbolçu

“Qarabağ”la oyunu buraxacaqlar –  4 futbolçu
XƏBƏR 29 Noyabr 2016 / 14:31 3474
-  A +

Topaz Premyer Liqanın 14-cü turunda “Qarabağ”la qarşılaşacaq “İnter” oyuna ciddi itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komandanın 4 aparıcı futbolçusu bu görüşü buraxacaq.

Bunlar qapıçı Səlahət Ağayev, müdafiəçilər Adrian Skarlatake, İlkin Qırtımov və hücumçu Pərdis Fərcad-Azaddır.

Hər dörd futbolçu ötən tur “Zirə” ilə oyunda cəzalı duruma düşüb.

Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu dekabrın 17-də keçiriləcək.

Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner