“Yuventus”da növbəti itki: 2 ay oynamayacaq

“Yuventus”da növbəti itki:  2 ay oynamayacaq
XƏBƏR 29 Noyabr 2016 / 00:01 2583
-  A +

İtaliyanın “Yuventus”  klubunun daha bir aparıcı futbolçusu sıradan çıxıb.

Qol.az-ın klubun  saytına istinadən yaydığı xəbərə görə, Leonardo Bonucci A Seriyasının son turunda “Cenoa” ilə oyunda zədələnib.

Tibbi müayindən keçən müdafiəçinin 1.5-2 ay meydana çıxa bilməyəcəyi məlum olub.
İtaliya millisinin üzvü Çempionlar Liqasının qrup mərhələsində Zaqreb “Dinamo”su, A Seriyasında “Atalanta”, “Torino”, “Roma” və “Krotone” ilə oyunu buraxacaq.


Qeyd edək ki, “Yuventus” digər müdafiəçisi Dani Alveş də zədələnib. O, 4 aya yaxın meydana çıxa bilməyəcək.

Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner