Mourinyo cəzalandırılır

Mourinyo cəzalandırılır
XƏBƏR 28 Noyabr 2016 / 09:45 2995
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo cəzalandırılacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun İngiltərə Premyer Liqasının 13-cü turunda "Vest Hem"ə qarşı oyunda (1:1) tribunaya göndərilməsi səbəb olub. Buna görə portuqaliyalı mütəxəssis 2 oyunluq cəzalandırıla bilər.

Qeyd edək ki, J.Mourinyo sözügedən qarşılaşmanın 27-ci dəqiqəsində futbolçusu Pol Poqbaya simulyasiya üçün verilən sarı vərəqəyə sərt şəkildə etiraz edib. Bundan sonra hakim onu trinunaya göndərmək barədə qərar qəbul edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
28.06.26  17:13

Kyeza göndərilir

topaz banner