“Leyptsiq”dən möhtəşəm göstərici

“Leyptsiq”dən möhtəşəm göstərici
XƏBƏR 26 Noyabr 2016 / 15:51 4486
-  A +

Bundesliqada cari mövsüm məğlubiyyətsiz irəliləyən debütant “Leyptsiq”  Almaniya futbolunun tarixinə düşüb.

Qol.az-ın məlumatına görə, bu rekord Bundesliqanın 12-ci turunda “Frayburq” üzərində qazanılan qələbə (4:1) ilə qeydə alınıb.

Belə ki, “Leyptsiq” Bundesliqada debüt ilində ardıcıl 12 oyun uduzmayan ilk Almaniya klubudur.

Qeyd edək ki, 12 turdan sonra 9 qələbə qazanan və 3 oyunda heç-heçə edən “Leyptsiq”  30 xalla liderdir.

Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

topaz banner