Asim Xudiyevə Avroliqanın oyununda hakim-inspektor təyinatı

Asim Xudiyevə Avroliqanın oyununda hakim-inspektor təyinatı
XƏBƏR 20 Sentyabr 2020 / 15:42 1159
-  A +

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA Avropa Liqasına təyinat alıb.

Qol.az xəbər verir ki, o, turnirin 3-cü təsnifat mərhələsində “Rostov” (Rusiya) – “Makkabi” (İsrael) matçında iştirak edəcək. Xudiyev çexiyalı Petr Ardelyanunun rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək. UEFA nümayəndəsi isə qazaxıstanlı Aleksandr Keplin olacaq.

Qeyd edək ki, sentyabrın 24-də "Rostov Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi