"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib
ÖLKƏ FUTBOLU 16 Sentyabr 2020 / 23:48 15612
-  A +

"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşıb. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilən matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə "Molde" 6:5 üstünlüklə qələbə qazanıb.

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev 102-ci dəqiqədə penaltini dəf edib. Millimizin üzvü penaltilər seriyasında qol vurmaqla da adından söz etdirib.

Qeyd edək ki, "Molde" pley-off mərhələsində "Ferentsvaroş"la qarşılaşacaq. "Qarabağ" isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Qurban Qurbanovun komandasının pley-offdakı rəqibi sentyabrın 18-də keçiriləcək püşkatmada müəyyənləşəcək.


16 sentyabr

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 (5:6)
Hakimlər:
Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
"AEK Arena"

"Molde" 102-ci dəqiqədə penaltidən fərqlənə bilməyib. "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev penaltini dəf edib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi