"Operativ Qərargaha müraciət etmişik, müzakirələr davam edir. Hansısa cavab aldıqdan sonra nə isə demək olar. Hələlik əvvəlki plan üzrə fəaliyyət göstəririk".
Bu fikirləri AFFA-nın vitse-prezidenti, İşçi Qrupun sədri Vaqif Sadıqov ölkədə karantin rejiminin avqustun 31-dək uzadılmasının Azərbaycan Premyer Liqasının start tarixinə mümkün təsiri barədə danışarkən deyib.
Milli assosiasiya rəsmisi bildirib ki, futbolla bağlı hər hansı sərt qərar qəbul olunsa, fərqli variantlar nəzərdən keçiriləcək: "Bu gün kiminsə yerinə cavab vermək düzgün olmaz. Hər şey dövlətin verəcəyi qərarlardan, bundan sonrakı statistikadan asılıdır. Hələlik nikbin statistikaya uyğun addım atırıq. Ümid edirik ki, davamı gələcək. Fikrimcə, məşqlərə icazə verilibsə, çempionatı da vaxtında başlatmaq mümkün olacaq".
V.Sadıqov Operativ Qərargahın idmanla bağlı fərqli qərar qəbul edəcəyini gözləyirmiş: "Amma sərt karantin rejimi davam edəcək. Buna uyğun fəaliyyətimizi davam etdiririk. Ümidliyəm ki, planlı şəkildə istəyimizə nail olub çempionatı keçirə biləcəyik".
Avrokuboklarda iştirak edəcək Azərbaycan klublarının ev oyunları ilə bağlı məsələyə də toxunan vitse-prezident vurğulayıb ki, buna püşkatma ərəfəsində aydınlıq gələcək: "Püşkatmayadək dəqiq qərar qəbul olunmalıdır. Rəqiblərin kimliyini, ilk oyunların harada keçiriləcəyini biləndən sonra tam dəqiq fikir bildirmək olar. AFFA rəhbərliyi bu istiqamətdə hər şeyi edir ki, Çempionlar Liqası və Avropa Liqasında çıxış edən klublar rəqiblərini öz meydanlarında qəbul edə bilsinlər".
Qeyd edək ki, İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya, assosiasiya isə bunu Peşəkar Futbol Liqasına təqdim edib (Report).
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər