Azərbaycan Premyer Liqası indiki adı aldığı vaxtdan heç bir futbolçu bir oyunda 5 top vurmayıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, ölkə çempionatları tarixinə təsadüf edən sonuncu penta-trik 2003/04 mövsümündə qeydə alınıb.
16 il əvvəl - 2004-cü ilin martında ağır günlərini yaşayan Sumqayıt “Xəzər”i çempionluq uğrunda mübarizə aparan “Şəmkir”lə ev oyununda Kənan Kərimov qarşısında aciz qalıb. Forvard 5 qolla 7:0 hesablı qələbənin memarı olub. Bu, çempionatlar tarixində sonuncu penta-trikdir.
İlk belə nailiyyət isə 1992-ci ildə yaşanıb. “Neftçi”nin futbolçusu Yunis Hüseynov birinci penta-trikin müəllifi olub. Az keçməmiş onun komanda yoldaşı Samir Ələkbərov bunu səfərdə bacaran ilk futbolçu kimi tarixə düşüb. Həmin çempionatın bombardiri Nazim Əliyev də onlardan geri qalmayıb və ilk mövsüm rekord sayda – 3 penta-triklə əlamətdar olub.
1995/96 və 1998/99 mövsümlərində isə iki belə hadisə qeydə alınıb. Öncə Fazil Pərvərovla Əli Abbasov fərqlənib. 8-ci ölkə çempionatı isə ilk dəfə legionerin penta-triki ilə əlamətdar olub. Buna Jaba Tsiklauri imza atıb. Elə həmin mövsümdə Leonid Kalfa da bir matçda 5 qol vurub. Bu, “Neftçi”nin üzvlərinin 3-cü penta-triki olub ki, bakılılar bu göstəricidə hamıdan öndədir. “Şəmkir”in üzvləri 2 dəfə fərqlənib.
Bütün penta-triklər
1992 mövsümü - Yunis Hüseynov (“Neftçi”)
07.08.1992. “Neftçi” – “Xəzər” Lənkəran – 6:0
1992 mövsümü – Samir Ələkbərov (“Neftçi”)
03.10.1992. “Kürmük” – “Neftçi” – 2:6
1992 mövsümü – Nazim Əliyev (“Xəzər” Sumqayıt)
24.10.1992. “Xəzər” Sumqayıt – “Kürmük” – 8:0
1995/96 mövsümü – Fazil Pərvərov (“Kəpəz”)
30.08.1995. “Kəpəz” – OİK – 7:2
1995/96 mövsümü – Əli Abbasov (“Şəmkir”)
29.04.1996. “Şəmkir” – “Viləş” – 9:2
1998/99 mövsümü – Jaba Tsiklauri (“Turan”)
21.11.1998. “Turan” – “Şahdağ” – 8:0
1998/99 mövsümü – Leonid Kalfa (“Neftçi”)
07.02.1999. “Neftçi” – “Şahdağ” – 11:0
2003/04 mövsümü – Kənan Kərimov (“Şəmkir”)
13.03.2004. “Xəzər” Sumqayıt – “Şəmkir” – 0:7
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər