Qurbanovdan mövsümdə 2-ci qol

Qurbanovdan mövsümdə 2-ci qol
XƏBƏR 5 İyul 2020 / 00:15 2087
-  A +

Gürcüstan yüksək liqasında 4-cü turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” səfərdə “Telavi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
 
Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 9-cu dəqiqədə penaltidən fərqlənən Qurbanov vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 2-yə çatdırıb.
 
4 turdan sonra hesabında 4 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi