"Bu, yaxşı vidalaşma deyil” – Mustivar

"Bu, yaxşı vidalaşma deyil” – Mustivar
ÖLKƏ FUTBOLU 4 İyul 2020 / 14:19 3175
-  A +

"Neftçi" ilə yollarını ayıran Soni Mustivar Azərbaycanı tərk edib.

Qol.az-ın məlumatına görə, bu barədə 30 yaşlı haitili yarımmüdafiəçi "Instagram" hesabından bildirib.

Oyunçu paytaxt təmsilçisi ilə də vidalaşıb. Mustivar "Neftçi"yə təşəkkür etdiyini yazıb: "Bu, yaxşı vidalaşma deyil, tezliklə görüşəcəyik. Hamınıza, "Neftçi"yə təşəkkür edirəm".

Qeyd edək ki, Soni Mustivar 2018-ci ilin martında "Neftçi”yə keçmişdi. O, bu müddət ərzində 56 oyunda meydana çıxıb və 3 qola imza atıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi