"Essyenin zənginə çox təəccübləndim" - Hendrik Ekşteyn

"Essyenin zənginə çox təəccübləndim" - Hendrik Ekşteyn
XƏBƏR 31 Mart 2020 / 10:37 1983
-  A +

Hendrik Ekşteyn "Səbail" keçməsində Maykl Essyenin böyük rolu olduğunu söyləyib.

Qol.az xəbər verir ki, bu barədə cənubi afrikalı futbolçu ölkəsinin mətbuatına bildirib:

“Hər oyunçu böyük futbolçularla birlikdə oynamağı xəyal edər. Essyen mənə zəng edib “Səbail”də çıxış etməyimi xahiş edən şəxsdir. Çox təəccübləndim və ondan zəng aldığım üçün qürurlandım. Bu, mənim üçün çox şey demək idi və işimin nəzərə alındığının göstəricisi idi. O, ən böyük klublarda oynayıb və bir çox kubok qazanıb. Onun eyni komandada olmaq, çalışmağa davam etmək və oynamaq üçün əlimdən gələni edirəm. Həmişə mənimlə danışır və necə daha da yaxşılaşacağımı söyləyir. Essyen kimi bir oyunçudan məsləhət almaq mənə çox xoşdur, bundan məmnunam".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi